Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ağdam

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək - FOTO

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Primeinfo.az xəbər verir ki, tədbir 21 noyabr 2025-ci il tarixində, saat 09:00-da “Aghdam City Hotel”də (Ağdam şəhəri, M.F. Axundzadə küçəsi) təşkil olunacaq.

Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.

Beynəlxalq səyyahlar Ağdamda

Beynəlxalq səyyahlar Qarabağa səfər çərçivəsində Ağdama gəliblər. Primeinfo.az xəbər verir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur. Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər.

Bakıdan Ağdama avtobus reysi fəaliyyətə başlayır - BİLET NEÇƏYƏDİR? 

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir.

"Gizir Xanı" dəfn edilib

Ötən gün Ağdamda minaya düşərək həlak olan Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn edilib. Primeinfo.az xəbər verir ki, S.Əhmədovla Baharlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb. O, Üçoğlan kəndindəki “Eşq Abdal” qəbiristanlığında dəfn olunub.

Marta Kos Ağdamda - FOTOLAR

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.