“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.
Azərbaycan “Henley & Partners” şirkətinin 2026-cı il üçün yenilənmiş pasport reytinqində 3 mövqe irəliləyərək 67-ci pilləyə yüksəlib. Primeinfo.az “Henley & Partners”ə istinadən xəbər verir ki, respublika vətəndaşları 70 ölkəyə vizasız səfər edə bilərlər. Qeyd edək ki, Sinqapur ən güclü pasportlara malik ölkələr arasında liderliyini yenidən qoruyub saxlayıb.
Ötən il İtaliyaya 9,5 milyard kubmetr və ya Azərbaycan qazının 38 faizi ixrac olunub. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz rəsmi “X” səhifəsində yazıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə səmərəli müzakirələr aparılıb.
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub. Bildirilib ki, xüsusilə, enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur. Primeinfo.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. “Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.
Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanın Fransanın iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 24,4 milyon ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 51,6 faiz çoxdur.
Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, sənəd 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qarlı və küləkli hava şəraiti müşahidə olunub. Bildirilib ki, şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.