Embraer 190 tipli “Azerbaijan Airlines” aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir. “ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır”, – açıqlamada bildirilir.
“Biz hələ də Rusiyadan rəsmi cavab almamışıq – Azərbaycana məxsus təyyarəni vurmaqda məqsəd nə idi?”
Böyük Britaniyanın Bakıdakı səfirliyi “Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib. “Bu gün biz Azərbaycan Hava Yollarına məxsus 8243 saylı reysin qurbanlarını yad edirik.
ABŞ-nin Azərbaycandakı səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı başsağlığı verib. Primeinfo.az-ın məlumatına görə, səfirlik bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib: “Bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı.
Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə “Səma qurbanları” adlı qısametrajlı film hazırlanıb. Primeinfo.az xəbər verir ki, layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevadır. Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları – kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat yerləşdirilib. “Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür.
Birinci vitse-prezident Mehriban Əliyeva “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial media hesablarında paylaşım edib.