Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Tanınmış xanəndə İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI

Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb. Primeinfo.az Manset.az-a istinadla xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTO

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Primeinfo.az xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. Primeinfo.az xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş.

Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 137,8 min ton xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm baxımından isə 239,1 min ton və ya 63,4 faiz azalıb. Ötən ilin ilk 11 ayında Azərbaycandan Tailanda 376,9 min ton neft və neft məhsulları ixrac edilib, ixracın dəyəri isə 234,2 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.