ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın İrandakı səfirliyinin iki əməkdaşının “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi həyata keçirilib. Səfirlik əməkdaşları onlara göstərilən xidmətə görə təşəkkürlərini bildiriblər.
İrandan Azərbaycan sərhədi ilə 39 rusiyalı təxliyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. “Hazırda İrandan Azərbaycan sərhədi ilə 39 Rusiya vətəndaşı təxliyə olunub”, – deyə bildirilib.