Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sularında Böyük Britaniya gəmisinə hücum edilib. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Administrasiyası məlumat yayıb. Kapitan bildirib ki, idarə etdikləri gəmi naməlum mərmi ilə vurulub və gövdəsi zədələnib.
Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı ABŞ səfirliyi İran dronlarının hücumuna məruz qalıb, nəticədə səfirliyin damının bir hissəsi çöküb, lakin xəsarət alan olmayıb. Primeinfo.az xəbər verir ki, eyni zamanda, Küveyt şəhərində iki dron zərbəsi səfirliyin ətrafını vurub, lakin heç bir zərər və xəsarət qeydə alınmayıb. Hər iki səfirlik hücum zamanı boş olub.
Türkiyə Prezidenti fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Primeinfo.az xəbər verir ki, o, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə həm ikitərəfli əməkdaşlığı, həm də regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Danışıqlarda xüsusilə Fələstin, Suriya, Yəmən və Somalidəki proseslərə diqqət yetiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyayə rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğan 16 fevralda BƏƏ Prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Məlumata görə, fevralın 4-də Nikol Paşinyan Əbu-Dabidə 2026-cı il üzrə “Zayed” İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində iştirak edəcək.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.