Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: bəə

Azərbaycan və BƏƏ hərbçiləri təlimdə - VİDEO

Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir. Primeinfo.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

Bu ölkədə qızıldan küçə salınacaq

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qızıldan küçə salınması planlaşdırılır. Prinmeinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Bildirilir, küçənin inşasında qızıldan istifadə olunacaq.

BƏƏ-də danışıqların mövzuları açıqlandı

BƏƏ-də Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlarda bufer zonaları və nəzarət mexanizmləri müzakirə olunur. Primeinfo.azxəbər verir ki, bu haqda TASS mənbəyə istinadən məlumat yayıb. “Bəli, bu aspektlər – bufer zonalar, müxtəlif nəzarət mexanizmləri…

Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ, Ukrayna və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərində ikigünlük üçtərəfli görüşlərin keçiriləcəyini elan edib. Primeinfo.az-ın məlumatına görə, o, görüşün Amerika danışıqlar qrupunun Moskvaya səfərindən sonra baş tutacağını bildirib. “Ruslar kompromislərə hazır olmalıdırlar, çünki təkcə Ukrayna deyil, hamı hazır olmalıdır və bu, bizim üçün vacibdir”, -deyə Zelenski Davosda çıxışı zamanı vurğulayıb.

BƏƏ bu problemin həlli üçün 1 milyon dollarlıq mükafat təqdim edir

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Muhamməd bin Raşid Al Maktum tərəfindən təsis edilən Muhammed Bin Raşid Al Maktum Qlobal Su Mükafatının 5-ci dövrü üçün müraciət prosesi elan olunub. Primeinfo.az xəbər verir ki, mükafat su qıtlığına davamlı həllərin tapılmasını təşviq etmək məqsədi daşıyır və ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Müraciətlər üçün son tarix 30 aprel 2026-cı il olaraq müəyyən edilib.

Azərbaycan daha bir ölkə ilə hərbi təlim keçirəcək

Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub. Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. “Sülh Qalxanı – 2026” təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.