Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: bakı

Martın 19-da paytaxtdan bölgələrə rekord sayda sərnişin daşınıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır. Primeinfo.az bildirir ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Paytaxtın sıxlıq olan küçələrinin SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1.

Bakıda yaşayış binasında yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Bakıda 4-cü mərtəbədən yıxılan qadın öldü

Bakıda 49 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Primeinfo.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonunda baş verib. 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva yaşadığı T.Abbasov küçəsi ev 13 mənzil 32-nin (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.

Bakıda yeni marşrut xətti işə düşüb - FOTO

Bakıda yeni marşrut xətti işə düşüb. Primeinfo.az-a Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.

Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.