Baş nazir Cevdet Yılmazla müzakirələr edib
Baş nazir Cevdet Yılmazla müzakirələr edib
Baş nazir Cevdet Yılmazla müzakirələr edib
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda kilsədə hücuma məruz qalıb. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, hadisə Müqəddəs Anna kilsəsində baş tutan ayindən sonra qeydə alınıb. Belə ki, Paşinyan ayindən sonra kilsəni tərk edərkən vətəndaşlardan biri öz narazılığını bildirməyə başlayıb və Baş nazirin mühafizəçilərindən ona baxmamağı tələb edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə məktub ünvanlayaraq onu doğum günü münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.
İrlandiyanın Baş naziri Maykl Martin Livana səfər edib. Primeinfo.az Livan mediasına istinadən xəbər verir ki, Baş nazir səfər çərçivəsində livanlı rəsmilərlə görüşəcək və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən irlandiyalı hərbçiləri ziyarət edəcək. Qeyd edək ki, 2024-cü ilin oktyabrında İrlandiya UNIFIL-dən çıxarmaq barədə İsrailin tələbini rədd edib.
Moldovanın Baş naziri Aleksandru Muntyanu və Azərbaycanın bu ölkədəki səfiri Ulvi Baxşəliyev ikitərəfli ticarətin genişləndirilməsini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb. Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir, Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
Bolqarıstan Baş naziri Rosen Jelyazkov hökumətin istefa verdiyini elan edib. Primeinfo.az xəbərinə görə, bu barədə xarici KİV-lər məlumat yayıb.