Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş nazir

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - FOTO

  Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Əli Əsədovdan xüsusi icra məmurlarının ödəniş qaydaları ilə bağlı - QƏRAR

“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq.

Paşinyan yeni müşavir təyin etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai əsaslarla yeni müşavirini təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. “Dövlət qulluğu haqqında” Qanunun 8-ci maddəsinin 10-cu hissəsinə əsaslanaraq, Anjela Kjdryan Baş nazirin ictimai əsaslarla müşaviri təyin edilsin”, – sənəddə qeyd olunub.

Əli Əsədovdan Maliyyə Nazirliyinə aid qurumlarla bağlı yeni QƏRAR

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib. Primeinfo.az.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC siyahıya daxil edilib.

Netanyahu Hindistana səfərdən imtina etdi

İsrail Baş naziri Benyamin Netanyahu paytaxt Dehlidə təhlükəsizlik vəziyyəti ilə əlaqədar dekabr ayına planlaşdırılan Hindistana rəsmi səfərini təxirə salıb. Primeinfo.az xəbər verir ki, bu barədə ANI məlumat yayıb. İsrail baş nazirinin qərarına noyabrın 10-da Dehlidə baş verən terror aktı səbəb olub.

Baş nazir Rusiya Dəmir Yollarının rəhbəri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.

Əli Əsədov Dorin Boqdan-Martin ilə görüşüb

Baş nazir Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb.

Paşinyan Qazaxıstandadır

Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.