Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: böyük qayıdış

Hadrutda daha 13 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Hadrut qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Fidan Məmmədli: "Bu ay Ağdam şəhərinə 104 ailə köçürüləcək" - FOTO

  Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində açılışında iştirak etdikləri 2-ci yaşayış kompleksi 13 hektardan çox ərazini əhatə edir. Burada 60 bina inşa edilib. Primeinfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli AZƏRTAC-a bildirib.

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb - FOTO

Dekabrın 25-də yola düşən köç karvanı işğaldan azad olunan Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Primeinfo.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb. Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir.

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb - FOTO 

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.