Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Bu gü Bu gün növbəti köç karvanı ilə Zəngilanın Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Bu gün Xocalı şəhərinə 25 ailə – 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə – 189 nəfər yola salınıb.
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.
Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç mərhələsi həyata keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu gün hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb. Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb.
Bu gün səhər saatlarında Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı artıq kəndə çatıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 9 ailə – 38 nəfər köçürülüb.
İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Qeyd edib ki, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib: “Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub.