Xəbər axtarın

Son axtarış nəticələri:

Azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb

20.04.2026 12:47

Azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş: