Xəbər axtarın

Son axtarış nəticələri:

İranla savaşda ABŞ-nin 415 hərbçisi yaralanıb – Pentaqon

21.04.2026 10:42

İranla savaşda ABŞ-nin 415 hərbçisi yaralanıb – Pentaqon

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başladıgı gündən 415 amerikalı hərbi qulluqçu yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

Bildirilir ki döyüş əməliyyatları zamanı ordunun 271 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 62 hərbi qulluqçusu yaralanıb. Yaralıların böyük hissəsi artıq xidmətə qayıdıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin daha əvvəl bildirdiyi kimi, amerikalı hərbi qulluqçular əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində yaralanıblar.

Döyüş əməliyyatları zamanı 13 ABŞ hərbçisi həlak olub. Onlardan altısı Küveyt, biri isə Səudiyyə Ərəbistanında ölüb.

Digər hərbçilər Amerikanın yanacaqdolduran təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar.

Paylaş: