Xəbər axtarın

Son axtarış nəticələri:

"Azərpoçt"un rəhbərliyi dəyişib - FOTO

20.04.2026 11:18

"Azərpoçt"un rəhbərliyi dəyişib - FOTO

“Azərpoçt” MMC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu, Manaf Babayevdir.

O, Azərbaycan Dövlət İqtisad Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə isə magistr təhsili alıb.

"Azərpoçt"un rəhbərliyi dəyişib - FOTO

M.Babayev peşə fəaliyyətinə bank sektorunda başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb, daha sonra “Aztelekom” MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru işləyib, son təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin əvvəlki sədri İsi Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

 

Paylaş: