Xəbər axtarın

Son axtarış nəticələri:

Yaponiyada güclü zəlzələ: Yaralananlar var

21.04.2026 11:50

Yaponiyada güclü zəlzələ: Yaralananlar var

Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərin qarşısının alınması naziri Dziro Akama məlumat verib.

“Bildirilib ki, yaralanan dörd nəfər yüngül xəsarətlər. İki nəfər isə ağır yaralanıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Sakit okeanda, Yaponiyanın şimal-şərq akvatoriyasında güclü zəlzələ olub. Seysmik hadisə Honsu adasının şimalında yerləşən Aomori prefekturasında baş verib. Ölkənin bir neçə bölgəsində hündürlüyü üç metrə çatan sunami xəbərdarlığı edilib.

 

Paylaş: