Xəbər axtarın

Son axtarış nəticələri:

General axtarışa verildi

20.04.2026 20:54

General axtarışa verildi

Ermənistanda  3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov axtarışa verilib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə”Armenia Today” qəzeti məlumat yayıb.

Məlumata görə, artıq məhkəmə 3-cü Ordu Korpusunun keçmiş komandiri general-mayor Qriqori Xaçaturovu qiyabi olaraq həbs edib. Onun hazırda ölkə xaricində olması nəzərə alınaraq, onun həbsi üçün order verilib.

Qeyd edək ki, Xaçaturova qarşı cinayət işi 14 apreldə məhkəməyə göndərilib. İş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Meri Mosinyana həvalə edilib.

Paylaş: