“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, qurum tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar “Nizami–28 May” arasında fəaliyyət göstərməyəcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni”ndən bildirilib.
“Bakı Metropoliteni” QSC-nin “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropliteni” QSC məlumat yayıb. Bildirilib ki, xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir.
“Neftçi” və “Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək. “Bakı Metropoliteni” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də “Neftçi” – “Dinamo” (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən “Xalqlar dostluğu” stansiyasında tətbiq ediləcək.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən xidmət keyfiyyətinin və sərnişin məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari ildə stansiya və tunellərdə daha 6 müasir tipli güclü ventilyator quraşdırılıb. Primeinfo.az xəbər verir ki, yeni avadanlıqlar artıq “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında, həmçinin “Əhmədli-Həzi Aslanov”, “Koroğlu-Qara Qarayev”, “Qara Qarayev-Neftçilər”, “Neftçilər-Xalqlar dostluğu” və “Xalqlar dostluğu-Əhmədli” yol mənzillərində istismar olunur. Bakının iqlimi nəzərə alınmaqla, metropolitenin yerləşdiyi geoloji şəraitə uyğun tələblər əsasında istehsal olunmuş yeni ventilyatorlar texniki xidmət və elektrik enerjisinə qənaət etməklə yanaşı, köhnə nəsil analoqları ilə müqayisədə stansiya və tunelləri 2-3 dəfə daha çox təmiz hava ilə təmin edir.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək. Metropolitendən Primeinfo.az-a bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq.
İyun ayında Bakı metrosundan 18 592 051sərnişin istifadə edib. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar “Bakı Metropliteni” QSC-nin qatarlarının hərəkət qrafiki dəyişdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Məlumata əsasən, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası ilə Yaşıl xəttə keçid funksiyası daşıyacaq”. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, “Xocəsən” və”Avtovağzal”dan başlanaraq göstərilən ərazi üzrə axın istiqamətləri də stansiyanın mobillik, sərnişinyönümlü və sərnişin paylanma baxımından əhəmiyyətini əyani nümayiş etdirir.
Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit sazişi imzalanıb. Bu barədə Primeinfo.az-a “Bakı Metropliteni” QSC-dən məlumat verilib. Qeyd edilib ki, imzalanan sənədə əsasən, layihənin maliyyələşdirilməsi üçün 180 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq.