
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu və onun sevgilisi Corcina Rodriqes gələn həftənin sonunda evlənəcəklər.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir kibu barədə “The Sun” nəşrinə istinadən xəbər verir.
Ulduzların əhatəsində olan insayder bildirib ki, Kriştianu Ronaldu və Corcina Rodriqesin nikahı Funşal kilsəsində baş tutacaq.
Bundan sonra qonaqların dörd restoranın yerləşdiyi beşulduzlu “Savoy Palace” hotelinə toy ziyafətinə yollanacağı gözlənilir. Bununla belə, cütlük şayiələrə münasibət bildirməyib.
“Hotel qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlı olacağı barədə xəbərdarlıq edilib”, – deyə mənbə bildirib.
Buna qədər sevgililərin toyunun bu həftəsonu Sintradakı “Kinta da Reqaleyra” mülkündə baş tutacağı ehtimal edilirdi.
Xatırladaq ki, keçən il avqustun 11-də Corcina Rodriqes “Instagram” hesabında Kriştianu Ronalduya ərə getdiyini elan etmişdi. Qız üzərində üç qaş olan nişan üzüyü ilə fotosunu paylaşmışdı. Zərgər Acay Anandın fikrincə, bəzək əşyası üçün çəkisi təxminən 30 karat olan “D” kateqoriyalı brilyant seçilib. Məmulatın təxmini dəyəri 5 milyon dollar təşkil edir.