Xəbər axtarın

Son axtarış nəticələri:

Dünyanın ən yaxşı küçə yeməyi verilən 10 şəhəri - SİYAHI

04.08.2026 16:00

Dünyanın ən yaxşı küçə yeməyi verilən 10 şəhəri - SİYAHI

Dünyanın ən yaxşı küçə yeməyi (street food) təklif edən şəhərlərinin reytinqi açıqlanıb. Siyahıya Fransanın paytaxtı Paris başçılıq edib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, araşdırma Radical Storage şirkəti tərəfindən aparılıb və dünyanın ən çox ziyarət olunan 100 şəhərində fəaliyyət göstərən 6897 küçə yeməyi məntəqəsi təhlil edilib.

Araşdırmada dörd və daha çox ulduz reytinqi alan məkanların sayı, təqdim olunan mətbəxlərin müxtəlifliyi, vegetarian, veqan və qlütensiz seçimlərin mövcudluğu, büdcəyə uyğun obyektlərin payı, eləcə də küçə yeməyi məntəqələrinin hər kvadrat kilometrə düşən sıxlığı nəzərə alınıb.

Tədqiqat müəllifləri küçə yeməyinə yalnız səyyar köşklər və food truck-ları deyil, həm də ənənəvi küçə yeməkləri təqdim edən restoranları daxil ediblər.

Yekun qiymətləndirmədə ən böyük çəki küçə yeməyi məntəqələrinin sıxlığına (30 faiz) verilib. Büdcəyə uyğun məkanların payı 20 faiz, digər göstəricilər – yüksək reytinq, orta qiymət, mətbəx müxtəlifliyi və xüsusi qida seçimləri isə hər biri 10 faiz təşkil edib.

Paris 10 mümkün baldan 7,2 bal toplayaraq birinci olub. Şəhərdəki 401 küçə yeməyi obyektinin 69,1 faizi dörd və daha çox ulduz reytinqinə malikdir. Burada hər kvadrat kilometrə orta hesabla 3,82 küçə yeməyi məntəqəsi düşür.

Reytinqdə ikinci yeri 6,9 balla Afina tutub. Şəhərdə 29 fərqli mətbəx təqdim olunur və hər kvadrat kilometrə 4,21 küçə yeməyi məntəqəsi düşür.

Üçüncü yerdə qərarlaşan Salonikidə isə küçə yeməyi obyektlərinin 77,1 faizi büdcəyə uyğun hesab edilir.

Dünyanın ən yaxşı küçə yeməyi verilən 10 şəhəri - SİYAHI

Dünyanın küçə yeməyi üçün ən yaxşı 10 şəhəri

Paris (Fransa)

Afina (Yunanıstan)

Saloniki (Yunanıstan)

Barselona (İspaniya)

London (Böyük Britaniya)

Rodos (Yunanıstan)

Roma (İtaliya)

Hanoy (Vyetnam)

Budapeşt (Macarıstan)

Amsterdam (Niderland)

Paylaş: