
“Rusiyada gizli səfərbərlik onsuz da başlayıb. Kremldən Rusiyanın müxtəlif bölgələrinə təlimat verilib ki, neçə faiz gənci orduya cəlb etmək lazımdır. Bunun özü də səfərbərlik deməkdir. Çünki orduda hərbçi çatışmazlığı var və Rusiya bu cür doldurmaq istəyir. Bundan əlavə, gedənlərin bir çoxu öldüyü üçün müqavilə imzalayanların da sayı xeyli azalıb. Mümkündür ki, sentyabr ayındakı dövlət dumasına seçkilərdən sonra prosesi açıq şəkildə həyata keçirsinlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Rusiyada sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra yeni səfərbərlik dalğasının elan oluna biləcəyi iddia edilir. Buna səbəb müqavilə əsasında orduya cəlb olunanların sayının azalması və Kremlin cəbhədə əlavə canlı qüvvəyə ehtiyac duyması göstərilir.
Bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Davamı “Qırmızı masa”da: