Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ATƏT sədri

Ceyhun Bayramov: “ATƏT məkanında çox qeyri-sabit vəziyyət hökm sürür”

Ceyhun Bayramov: “ATƏT məkanında çox qeyri-sabit vəziyyət hökm sürür”

ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib. “Belə olan təqdirdə, həm ATƏT, həm üzv ölkələrin çox fəal əməkdaşlığı, ATƏT-in potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı, fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz əhəmiyyətini qoruyub saxlaya və münaqişələrinə həllinə əməli töhfə verə bilsin.

ATƏT sədri: “Azərbaycanla Ermənistan arasında davamlı sülh əlçatandır”

ATƏT sədri: “Azərbaycanla Ermənistan arasında davamlı sülh əlçatandır”

İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və davamlı sülhün artıq əlçatan olduğuna inanır. Primeinfo.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. İqnasio Kassis bildirib ki, sülh sazişinin paraflanmasından təxminən bir il sonra tərəflər yekun razılaşmanın imzalanmasına çox yaxınlaşıblar.

Ceyhun Bayramov İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib - FOTO

Ceyhun Bayramov İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

ATƏT PA nümayəndə heyəti Ermənistana gəlir

ATƏT PA nümayəndə heyəti Ermənistana gəlir

ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədr müavini, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-26-da Ermənistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Nümayəndə heyətini Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan qəbul edəcək.

İlham Əliyev ATƏT sədrini qəbul edib - FOTO

İlham Əliyev ATƏT sədrini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.        

ATƏT sədri Azərbaycana gəlir

ATƏT sədri Azərbaycana gəlir

Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.