Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə ediləcək

04.08.2026 12:48

Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə ediləcək
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı iştirakçı ölkələrin ümumi razılığını tələb edəcək.

Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilata iki illik maliyyə borcu olduqda, iştirakçı dövlətin səs vermək və nümayəndələrini irəli sürmək hüququnun dayandırılması ehtimalını nəzərdə tutur. KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət liderləri bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensus yolu ilə qəbul ediləcək”, – o bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub.

Paylaş: