Xəbər axtarın

Son axtarış nəticələri:

ATƏT sədri Azərbaycanda: "Bu səfər daha geniş təmasların başlanğıcı olacaq" - FOTO

04.08.2026 10:23

ATƏT sədri Azərbaycanda: "Bu səfər daha geniş təmasların başlanğıcı olacaq" - FOTO
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycana gəlib.

Primeinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”, – deyə o bildirib.

İ.Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb: “Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq”.

 

Paylaş: