
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına geniş müsahibə verib.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, İRNA-nın məlumatına görə, bu səmimi reportajda Məsud Pezekian hökumətin son iki ildəki nailiyyətlərini və hərəkətlərini izah edərkən, xüsusilə müharibə və danışıqlar mövzusunda cari məsələlərdən danışıb.
İRNA Agentliyi Pezeşkianın müsahibəsinin videoanonsunu yayıb. Qısa videoda İran Prezidenti heç bir halda istefa verməyəcəyini bildirib:.
Prezidentin xalqla səmimi söhbəti bu gecədən etibarən dörd hissədə yayımlanacaq.