Xəbər axtarın

Son axtarış nəticələri:

Qızıl və gümüş bahalaşdı – QİYMƏT

04.08.2026 11:32

Qızıl və gümüş bahalaşdı – QİYMƏT
Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,72% yüksələrək 4 119,9 ABŞ dollarına çatıb.

Qiymətli metallar bazarında gümüş də bahalaşıb. Belə ki, “COMEX”də bir unsiya gümüş üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 2,4% artaraq 59,25 ABŞ dolları təşkil edib.

 

Paylaş: