Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

04.08.2026 00:06

Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Novorossiysk yaxınlığında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan NADHEZNA gəmisinin göyərtəsində olan 22 dənizçi Rusiya limanına təxliyə edilib.

Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də Novorossiysk limanından Samsuna yola düşən “Ro-Ro” tipli NADHEZNA gəmisi Novorossiysk sahillərindən təxminən 20 dəniz mili aralıda pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib. Gəmidə baş vermiş yanğının isə hələ də davam etdiyi bildirilir.

Ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.

İlkin məlumata görə, ekipaj üzvlərindən üçünün vəziyyəti ağır ola bilər.

Həmçinin bildirilib ki, ərazidə pilotsuz uçuş aparatlarının yenidən hücum etməsi riski davam etdiyindən hazırda gəmidə xilasetmə əməliyyatı aparmaq mümkün deyil.

***

03 avqust, 22:15

Qara dənizdə Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan “Ro-ro” gəmisinə dron hücumu olub.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə dörd heyət üzvü yaralanıb.

Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət etdiyi və Türkiyə vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30 – red.) Novorossiyskdən 30 dəniz mili məsafədə vurulduğu bildirilir.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb:

“Bölgədə olan dronlar Rusiya donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib”.

Yaralılardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Paylaş: