Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Pənah Hüseyn DTX və DİN-ə müraciət etdi – Nə baş verir? - VİDEO

04.08.2026 12:39

TƏCİLİ: Pənah Hüseyn DTX və DİN-ə müraciət etdi – Nə baş verir? - VİDEO

“Öz sosial şəbəkələrində terror təşkilatlarının simvollarını paylaşan, o simvolların əks olunduğu geyimdə toylarda rəqs edən, terrorçu təbliğatı aparan bəzi adamlara qarşı Azərbaycanda heç bir tədbir görülmür”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Milli fikir” platformasında Azərbaycanın keçmiş Baş naziri, siyasətçi Pənah Hüseyn bildirib.

O, iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin arasını vurmağa çalışan, sosial şəbəkələrdə müxtəlif təbliğat kampaniyaları aparan bəzi qüvvələrdən də söz açıb.

Keçmiş Baş nazir canlı yayımda bu məsələlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Bildirib ki, terror təşkilatının simvolunun və ya bayrağının paylaşılması qanunvericiliklə tənzimlənir və cinayət məsuliyyətinə səbəb ola bilər: “Bu cür hallarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalı və terrorizmin təbliği maddəsi ilə tədbirlər görülməlidir”.

Davamı “Milli fikir”də:

Paylaş: