Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə iş rejimini dəyişir

08.07.2026 18:32

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə iş rejimini dəyişir

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

Metropolitendən Primeinfo.az-a bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Paylaş: