Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” Avropa Liqasında mövsümün ilk oyununa çıxır

09.07.2026 13:45

“Qarabağ” Avropa Liqasında mövsümün ilk oyununa çıxır

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verəcək.

Primeinfo.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Görüşü moldovalı baş hakim Roman Jitari idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Paylaş: