Xəbər axtarın

Son axtarış nəticələri:

Tokayev Paşinyanı təbrik etdi

04.08.2026 17:40

Tokayev Paşinyanı təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın yenidən baş naziri təyin olunan Nikol Paşinyanı təbrik edib və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına dəstəyini ifadə edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Tokayevin Paşinyana ünvanladığı təbrik məktubunda bildirilib.

Tokayev vurğulayıb ki, Qazaxıstanda Paşinyan Ermənistanla Qazaxıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsində maraqlı olan nüfuzlu dövlət xadimi kimi qiymətləndirilir.

O, birgə səylərlə İrəvan və Astana arasında çoxtərəfli dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vahan Xaçaturyan “Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin baş naziri təyin edib.

Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçirilib. Rəsmi nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” Partiyası 49,75 faiz səslə qalib gəlib. Parlamentə həmçinin “Güclü Ermənistan” və “Ermənistan” blokları daxil olub.

Paylaş: