Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO

21.04.2026 13:38

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Toyota” markalı minik avtomobilinin hərəkətdə olan “KamAZ”a çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO

 

Paylaş: