Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bəxtiyar məmmədov

Hadisə baş verən anda xətdə 30 qatar olub - 4-ü tuneldə qalıb

Hadisə baş verən anda xətdə 30 qatar olub - 4-ü tuneldə qalıb

Bakı metrosunda bugünkü hadisə baş verən anda xətdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə qalıb və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb: “Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb.

Metro RƏSMİSİ: "Texniki insident nəticəsində insan itkisi olmayıb"

Metro RƏSMİSİ: "Texniki insident nəticəsində insan itkisi olmayıb"

Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. “Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, – deyə B.Məmmədov əlavə edib.

Bəxtiyar Məmmədov: "Yerin səthindəki çökmələrin metropolitenlə əlaqəsi yoxdur"

Bəxtiyar Məmmədov: "Yerin səthindəki çökmələrin metropolitenlə əlaqəsi yoxdur"

  Yerin səthində müşahidə olunan çökmələrin “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Primeinfo.az xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Bakı metrosunun Həzi Aslanov stansiyası mövcud Qırmızı xətt üzrə sonuncu stansiyadır və hazırda burada dalan yolunda aparılan inşaat işləri planlı şəkildə davam etdirilir.

"Nərimanov" stansiyasında qatarda tüstülənmə - VİDEO

"Nərimanov" stansiyasında qatarda tüstülənmə - VİDEO

Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib. Primeinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb. Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “N.Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb: “Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Naxçıvanda bu qurumlar birləşdirildi

Naxçıvanda bu qurumlar birləşdirildi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra qurumlar birləşdirilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, nazirliyin tabeliyində olan “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.Qurumların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə muxtar respublikanın Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə həvalə edilib.