Xəbər axtarın

Son axtarış nəticələri:

“ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır” - Əraqçi

20.04.2026 10:40

“ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır” - Əraqçi

“ABŞ Fars körfəzi bölgəsində vəziyyətin tənzimlənməsinə ciddi yanaşmır”.

Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın XİN başçısı Məhəmməd İshaq Darla telefon danışığında bildirib.

“İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regionda nizamlanmaya ciddi yanaşmadığını sübut edir”, – o qeyd edib.

Əraqçinin sözlərinə görə, ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması onların xoşniyyətli olmadığını göstərir:

“İran öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud imkanlardan istifadə edəcək. Regionda sülh və təhlükəsizliyin qorunması üçün məsləhətləşmələr davam etdiriləcək”.

Qeyd edək ki, ABŞ Oman körfəzində İrana məxsus gəmini vurub.

Paylaş: