Xəbər axtarın

Son axtarış nəticələri:

Bəxtiyar Məmmədov: "Yerin səthindəki çökmələrin metropolitenlə əlaqəsi yoxdur"

02.03.2026 15:06

Bəxtiyar Məmmədov: "Yerin səthindəki çökmələrin metropolitenlə əlaqəsi yoxdur"

Yerin səthində müşahidə olunan çökmələrin “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur.

Primeinfo.az xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Bakı metrosunun Həzi Aslanov stansiyası mövcud Qırmızı xətt üzrə sonuncu stansiyadır və hazırda burada dalan yolunda aparılan inşaat işləri planlı şəkildə davam etdirilir.

O qeyd edib ki, bəzi hallarda insanlar metronun “Həzi Aslanlov 2” stansiyası ilə bu dalan yolunu qarışıq salırlar.

““Həzi Aslanov 2” stansiyası 2025–2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində inşa olunacaq 10 yeni stansiyadan biridir və tikinti işləri həmin proqram üzrə mərhələli şəkildə həyata keçiriləcək. Hazırda “Həzi Aslanov” stansiyasının dalan yolunda inşaat işlərinin əsas mərhələsi başa çatmaq üzrədir və üç mərhələdən ibarət prosesin sonuncu hissəsi icra olunur.

Yan divarlar təxminən 1,5–2 metr həcmində gücləndirilib, ardınca isə ön hissədə 30 santimetr qalınlığında söküntü aparılaraq yeni divar inşa edilib. Görülən işlər dalan yolunun və ümumilikdə infrastrukturun möhkəmliyinin və uzunömürlülüyünün təmin olunmasına xidmət edir.

Eyni zamanda, həyata keçirilən gücləndirmə tədbirləri həm metro infrastrukturunun, həm də ətraf ərazilərin təhlükəsizliyini təmin etməyə yönəlib”.

Bəxtiyar Məmmədov: "Yerin səthindəki çökmələrin metropolitenlə əlaqəsi yoxdur"

 

Paylaş: