
İran ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü brifinqdə deyib.
O qeyd edib ki, danışıqların növbəti raundu barədə bir plan yoxdur və hər hansı bir qərar qəbul edilməyib.
Bundan əvvəl “Anadolu” iki Pakistan rəsmisinə istinadən xəbər verib ki, Hörmüz boğazında yaşanan son qarşıdurmaya baxmayaraq, İran nümayəndə heyəti ABŞ-la danışıqların ikinci raundunda iştirak edəcək.