Xəbər axtarın

Son axtarış nəticələri:

ƏMAS-da daha bir funksionallıq istifadəyə verilib

20.04.2026 17:20

ƏMAS-da daha bir funksionallıq istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.

Primeinfo.az xəbər verir ki, elə ki, dövlət satınalmalarında iştirakla bağlı “Uyğunluğa dair sənədlər toplusu”nda nəzərdə tutulan və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təqdim edilən arayış artıq elektron qaydada işəgötürənlərə təqdim olunur. Sözügedən arayış “Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi” hallarına dair məlumatları əhatə edir.

Arayışları əldə etmək üçün istifadəçilər ƏMAS platformasında “İşəgötürənlər üzrə arayışlar” bölməsinə daxil olaraq “İnzibati cərimələr haqqında arayış” altbölməsini seçməli və “Yeni arayış” düyməsini sıxmalıdırlar.

Qeyd edək ki, bu imkanın yaradılması işəgötürənlərin, xüsusilə tender sənədlərinin hazırlanması və təqdim edilməsi prosesində vaxt itkisinin qarşısının alınmasına və prosedurların daha da sadələşdirilməsinə xidmət edir.

Paylaş: