
İsrail mediasında yayılan son məlumatlar bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki,İsrail və ABŞ mümkün atəşkəsin qəfil pozulmasına qarşı artıq hazır vəziyyətə gətirilib.
Məlumata əsasən, İsrailin hədəf seçmə mərkəzləri və hərbi kəşfiyyat strukturları İrandakı prosesləri fasiləsiz izləyir. Bildirilir ki, hərbi əməliyyatlar yenidən başlasa, İranın enerji infrastrukturu əvvəlcədən müəyyən edilmiş əsas hədəflər sırasında yer alır.