Xəbər axtarın

Son axtarış nəticələri:

Daha 4 azərbaycanlı hərbçi həlak oldu - FOTO

20.04.2026 12:36

Daha 4 azərbaycanlı hərbçi həlak oldu - FOTO
Rusiya–Ukrayna müharibəsində daha 4 azərbaycanlı həlak olub.

Primeinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 4 soydaşımız Donetsk və Zaporojye vilayətləri istiqamətində Ukrayna ordusu ilə döyüşlərdə həlak olub.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Siyasət Babakişi oğlu Eminov – Oryol vilayətinin Bolxov şəhərində yaşayıb.

Natiq Əşrəf oğlu Süleymanov – Arxangelsk vilayətinin Krasnoborsk kəndində yaşayıb

Rasim Rahib oğlu Bəşirov – 7 sentyabr 1986-cı ildə anadan olub. Altay Respublikasının Biyka kəndində yaşayıb. 35-ci əlahiddə moto-atıcı briqadanın tağım komandiri olub.

Qazıyev Qazi Hüsü oğlu – Smolensk vilayətinin Kardımovo qəsəbəsində yaşayıb.

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır.

Paylaş: