Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək - FOTO - VİDEO - YENİLƏNİB  

21.04.2026 14:55

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək - FOTO - VİDEO - YENİLƏNİB  

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

***

13:55

“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.

Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətndən bildirilib.

“Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik”.

***

12:57

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:35

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətndən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10-da “Ulduz” – “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov” – “Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək - FOTO - VİDEO - YENİLƏNİB  

Paylaş: