
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər xəsarət alıb.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyinə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova bildirib.
Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı uşaqlar da olub.
Qriqorov vurğulayıb ki, aprelin 21-nə keçən gecə pilotsuz uçuş aparatları ilə şəhərin yaşayış sektoruna zərbə endirilib. Çoxmərtəbəli binalar və mülki avtomobillər zədələnib.
Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri müalicə müəssisəsinin ərazisinə düşüb.