Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: böyük qayıdış

Xocalıya növbəti köç karvanı yola salınıb

Xocalıya növbəti köç karvanı yola salınıb

Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.

Ağdərənin Vəngli kəndinə daha 28 ailə yola salınıb

Ağdərənin Vəngli kəndinə daha 28 ailə yola salınıb

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalının Xanyurdu kəndinə növbəti KÖÇ

Xocalının Xanyurdu kəndinə növbəti KÖÇ

Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç olub. Primeinfo.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə köçürülüb. Sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Laçına daha 20 ailə köçdü

Laçına daha 20 ailə köçdü

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Laçın şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Laçına növbəti köç karvanı yola salınıb

Laçına növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 86 nəfər köçürülüb.