Kipr türk xalqının haqlı işinə göstərdikləri güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. “Bu gün Şimali Kipr Türk Respublikasının Baş naziri, təşkilatımızın müşahidəçi üzvü cənab Ünal Üsteli bizimlə birlikdə görməkdən çox məmnunuq.
Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımları məmnunluqla qarşılayırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, bu sahədə atılan addımlar Türk dünyasının rifahına müsbət təsir göstərəcək.
Prezident Cevdet Yılmazı qəbul edib – FOTO
COP31-ə sədrliyimiz müddətində COP29-u uğurla həyata keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa qərarlıdır: “TDT-yə üzv və müşahidəçi dövlətlərin COP prosesində fəal iştirakı əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə COP-31 gündəliyimiz çərçivəsində maddi nəticələr əldə etmək üçün möhkəm zəmin yaradacaq”.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycan Respublikasına qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb. Primeinfo.az xəbər verir ki, nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb.
“Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
“Can Azərbaycanla “iki dövlət, bir millət”ik, Azərbaycan çox vacib dostumuz və müttəfiqimizdir”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyasi əlaqələr yüksək şəkildə inkişaf edib, eyni zamanda, iqtisadi əlaqələr artmaqdadır: “Bu gün Bakıda Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını da keçirəcəyik.
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.