Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ceyhun bayramov

Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla danışıb

29 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib. Bildirilib ki, tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Gürcüstana təşəkkür etdi

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Botçorişvili arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

XİN rəhbəri: “Azərbaycan hərbi əsir kateqoriyasına düşən yüzlərlə şəxsi azad edib”

Azərbaycan hərbi əsir kateqoriyasına düşən yüzlərlə şəxsi azad edib. Primeinfo.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan çox böyük humanistik edərək antiterror əməliyyatlarından sonra əlində silah Azərbaycana qarşı mübarizə aparan 10 mindən çox insanın ölkəmizin ərazisini tərk etməsinə icazə verib, onlar cinayət məsuliyyətinə cəlb edilməyib.

Bu gün Azərbaycanın 14 ölkənin enerji təhlükəsizliyində payı var

“Cənub Qaz Dəhlizi Azərbaycanın bir çox ölkənin enerji təhlükəsizliyinə töhfəsini artırıb”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “2021-ci ilə kimi ölkəmiz sadəcə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində rola malik idi, bu gün isə artıq 14 ölkənin enerji təhlükəsizliyində payımız var.

XİN: Azərbaycan hər zaman milli maraqlarımıza uyğun addımlar atacaq

“Dünyada gedən proseslər yeni çağırışlar yaradır, hər bir dövlət buna adaptasiya olaraq uyğun addımlar atır”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, bir il bundan öncə Suriyada baş verənlər hər kəsin yadındadır: “Bundan dərhal sonra Azərbaycan-Suriya münasibətləri kontekstində dəyişikliklər baş verdi.

Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə əməkdaşlıq planlarını müzakirə edib

23 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş direktoru Xaled El-Enani arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ceyhun Bayramov Baş katiblə görüşüb - FOTO

22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, nazir Ceyhun Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ərgüc Kələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməl səviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar və yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçirilib.