Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib. Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramova itki üz verib. Primeinfo.az Ölkə.Az-a istinadla xəbər verir ki, nazirin əmisi oğlu Vidadi Abbasoğlu Bayramov dünyasını dəyişib. Onun bir müddətdir səhhətində yaranan problemlərdən əziyyət çəkdiyi bildirilir.
8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun had an extended meeting with the Minister of Foreign Affairs of the Republic of Kazakhstan Yermek Kosherbayev @AzerbaijanMFA during his official visit to #Baku, #Azerbaijan.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır.