Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ceyhun bayramov

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a  verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub. Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışıb

Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Bayramov BƏƏ-li həmkarı ilə danışdı

Bayramov BƏƏ-li həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.

Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb

Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb

27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

XİN başçısından Meksikadakı vətəndaşlarımızla bağlı AÇIQLAMA

XİN başçısından Meksikadakı vətəndaşlarımızla bağlı AÇIQLAMA

“Meksikada yaşayan azərbaycanlılar baş verənlərlə bağlı problemlərlə üzləşməyib”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. “Səfirliyimiz 24 saat işləyir.

Ceyhun Bayramov Qambiyanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Qambiyanın xarici işlər naziri ilə telefon danışığı aparıb

23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Ötən ilin sentyabr ayında imzalanmış “Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb

Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçiyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin “X” səhifəsində məlumat verilib.