Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ceyhun Bayramov

Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib

Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi və gələcək perspektivləri müzakirə edilib.

Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında - FOTO

Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Müzakirələr zamanı Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar yardımı, o cümlədən ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərərçəkmiş şəxslərin dəstəklənməsinə yönəlmiş bərpa təşəbbüslərini diqqətə çatdırıb.

Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Tərəflər Azərbaycan–Polşa münasibətlərindəki müsbət dinamikanı alqışlayıb, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Polşaya gedib

Ceyhun Bayramov Polşaya gedib

24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ceyhun Bayramov fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib - FOTO

19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Horlemannı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

İyunun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib.

Azərbaycan Yaponiyaya bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB 

Azərbaycan Yaponiyaya bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB 

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib. Ceyhun Bayramov bu təşəbbüsü səyahətlərin asanlaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, turizmin təşviqi və iki ölkə xalqları arasında münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Ceyhun Bayramov Yaxın Şərqdə baş verənlərin təsirindən danışıb

Ceyhun Bayramov Yaxın Şərqdə baş verənlərin təsirindən danışıb

Yaxın Şərqdə, Qəzzada dayanıqlı sülhün əldə edilməsi vacibdir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün İran ətrafında baş verənlərin hər üç ölkəyə təsiri müzakirə edilib.