İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri ilə bilinən xaricdə yaşayan bloger Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycanın nümayəndə heyətinə yaxınlaşaraq əsassız iddialar səsləndirib.
Azərbaycan ilk gündən Şimal–Cənub marşrutunun razılaşdırılması və inkişaf etdirilməsi prosesində ən fəal iştirak edən tərəflərdən biri olub. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, regional ölkələr arasında nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir: “İki böyük qonşumuzun Azərbaycan ərazisi vasitəsilə birləşdiyi Şimal–Cənub layihəsi ölkəmiz üçün mühüm və prioritet istiqamətlərdən biridir.
Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı ifadə etdik. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”.
Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub: “Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub.
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb. Primeinfo.az xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi və humanitar əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər. Rusiya xarici işlər naziri 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəlilədiklərini bildirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib. Nümayəndə heyəti “Naməlum əsgər” məzarının önünə əklil qoyub.
16 iyulda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
13 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sanders ilə görüş keçirib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.