Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ceyhun Bayramov

Ceyhun Bayramov: "Azərbaycanla Ukrayna arasında tərəfdaşlıq müzakirə olunub"

Ceyhun Bayramov: "Azərbaycanla Ukrayna arasında tərəfdaşlıq müzakirə olunub"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiha ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edib.   Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb.

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Ukrayna xarici işlər naziri Andriy Sibiha Qara dənizdə hərbi əməliyyatlar zamanı Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, Ukrayna xarici işlər naziri bu barədə Kiyevdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. Nazir həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə şəfa diləyib.

Ceyhun Bayramov: “ATƏT məkanında çox qeyri-sabit vəziyyət hökm sürür”

Ceyhun Bayramov: “ATƏT məkanında çox qeyri-sabit vəziyyət hökm sürür”

ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib. “Belə olan təqdirdə, həm ATƏT, həm üzv ölkələrin çox fəal əməkdaşlığı, ATƏT-in potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı, fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz əhəmiyyətini qoruyub saxlaya və münaqişələrinə həllinə əməli töhfə verə bilsin.

ATƏT sədri: “Azərbaycanla Ermənistan arasında davamlı sülh əlçatandır”

ATƏT sədri: “Azərbaycanla Ermənistan arasında davamlı sülh əlçatandır”

İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və davamlı sülhün artıq əlçatan olduğuna inanır. Primeinfo.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. İqnasio Kassis bildirib ki, sülh sazişinin paraflanmasından təxminən bir il sonra tərəflər yekun razılaşmanın imzalanmasına çox yaxınlaşıblar.

Ceyhun Bayramov İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib - FOTO

Ceyhun Bayramov İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb - FOTO

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnazio Kassis ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. Görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.