Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri İshaq Darla Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində söhbət edib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər nazirliyi “X” hesabında məlumat yayıb. Məlumatda nazirlərin Azərbaycanla Pakistan arasında olan qardaşlıq və dostluq münasibətləri vurğulanıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri …
“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim.
“Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunmaq mənim …
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfələri vurğulayıblar.
Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, Ceyhun Bayramov və Andriy Sibiha arasında təkbətək görüş keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb. Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.
Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” sosial şəbəkəsində paylaşım edib. “Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.